
Xəbərlər
“AzRe Təkrarsığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə!
23/4/2020
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1-ci maddəsinə uyğun olaraq “AzRe Təkrarsığorta” ASC-nin (VÖEN 2001093601) səhmdarlarının növbəti ümumi yığıncağı (illik ümumi yığıncaq) 22 iyun 2020-ci il tarixində Cəmiyyətin Bakı şəhəri, A.Bakıxanov küçəsi 6 ünvanında yerləşən “Bridge Plaza”-nın 8-ci mərtəbəsindəki ofisdə, saat 10:00-da keçiriləcəkdir. Səhmdarların illik ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2019-cu ilin yekun maliyyə hesabatlarının təsdiq olunması.
2. Digər məsələlər.
Səsvermə hüququna malik olan səhmdarların yekdil razılığı ilə səhmdarların ümumi yığıncağı gündəliyə daxil edilməmiş məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə bilər.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iclasın keçirilmə tarixə qədər Cəmiyyətin yuxarıda qeyd olunan ünvanda yerləşən ofisində tanış ola və öz təkliflərini verə bilərlər.