Xəbərlər

Xüsusi karantin müddətində iş rejimi və zərərlərin tənzimlənməsi proseduru barədə

7/5/2020

“Koronavirus (COVİD 19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin müddətində şirkətimizin iş rejimi həftənin I-V günləri saat 09:00-dan 18:00-a kimi müəyyən edilmişdir. Bu müddətdə zərərlərin tənzimlənməsi ilə əlaqədar müştərilərimiz (təkrarsığortalılar) tərəfindən edilən müraciətlər elektron formada elektron poçt (e-mail), telefon və ya digər elektron vasitələrlər qəbul edilir və zərərlərin tənzimlənməsi birbaşa fiziki təmas olmadan məsafədən idarəetmə ilə e-mail yazışmaları, telefon danışıqları və.s. elektron üsullarla həyata keçirilir.

Xüsusi karantin müddətində təkrarsığortalılar (012) 404-50-51 nömrəsi vasitəsilə telefonla, [email protected] elektron poçt ünvanı, www.azre.az internet səhifəsi, əməkdaşlarımızın korporativ elektron poçt ünvanı və mobil nömrələri vasitəsilə bizimlə əlaqə saxlaya bilərlər”.