Xəbərlər

“AzRe Təkrarsığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə!

29/12/2020


“AzRe Təkrarsığorta” ASC-nin İdarə Heyətinin sədri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1-ci maddəsinin tələblərini rəhbər tutaraq Cəmiyyətin bütün səhmdarlarının nəzərinə çatdırır ki, Cəmiyyətin Direktorlar Şurasının 28 dekabr 2020-ci il tarixli qərarına əsasən 30 yanvar 2021-ci il tarixində, saat 10:00-da Cəmiyyətin Bakı şəhəri A.Bakıxanov küçəsi 6 ünvanında yerləşən “Bridge Plaza”nın 8-ci mərtəbəsindəki ofisində “AzRe Təkrarsığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Səhmdarların 30 yanvar 2021-ci il tarixində keçiriləcək ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:
 
1.      2020-cu ilin ilkin maliyyə hesabatlarının müzakirəsi.

2.      Cəmiyyətin keçmiş illər üzrə bölüşdürülməmiş mənfəəti hesabına səhmdarlara dividend ödənilməsi.

3.      Digər məsələlər.

Səsvermə hüququna malik olan səhmdarların yekdil razılığı ilə səhmdarların ümumi yığıncağı gündəliyə daxil edilməmiş məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə bilər.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iclasın keçirilmə tarixə qədər Cəmiyyətin yuxarıda qeyd olunan ünvanda yerləşən ofisində tanış ola və öz təkliflərini verə bilərlər.