
Xəbərlər
AzRe tərəfindən 07-09 sentyabr tarixlərində, “Holiday Inn”də təşkil edilmiş təlim haqda.
10/9/2022
“AzRe Təkrarsığorta” ASC 07-09 sentyabr 2022-ci il tarixlərində, tərəfdaş anderrayterləri üçün “Təkrarsığorta müqaviləsi vörkşopu” adlı təlim təşkil etmişdir. Proqramın təlimçisi qismində, beynəlxalq sığorta bazarında 50 ildən artıq təcrübəyə malik cənab David Wansbrough-Jones çıxış etmişdir.
Təlim ərzində qeyd olunan əsas mövzulara toxunulmuşdur: mütənasib və qeyri-mütənasib müqavilələr, qiymətləndirmənin kriteriyaları və tərtibi. Əsas məqsədi təkrarsığorta müqavilələri ilə bağlı bilik və bacarıqların artırılması olan bu 3 günlük təlim sığorta şirkətlərinin anderrayterlərinə və brokerlərinə praktiki cəhətdən mühüm töhfə vermişdir.
Təlimdə iştirak edən nümayəndələrə sertifikatlar təqdim olunmuşdur.