Xəbərlər

AzRe Təkrarsığorta – 10 il

22/10/2017


22 Oktyabr 2017-ci il tarixində Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC “Baden-Baden 2017” təkrarsığorta simpoziumunda 10 yaşını qeyd etmişdir. Tədbirdə şirkətin yerli və beynəlxalq müştəriləri, o cümlədən  Avropa, keçmiş Sovet İttifaqı, Körfəz ölkələri, Yaxın Şərq, Şimali Afrika və digər regionlardan olan tərəfdaşlarının 240-dan çox nümayəndəsi iştirak etmişdir.

Fəaliyyətinə 2007-ci ilin Oktyabr ayında 3 nəfər işçi və 2 mln AZN kapitalla başlayan  AzRe Təkrarsığorta Şirkətində hal-hazırda özünün 2 törəmə sığorta şirkəti olan  Qala Həyat və Qala Sığorta şirkətləri də daxil olmaqla, 173 nəfər əməkdaş çalışır və şirkətlərin kapitalı 80 mln AZN-dən çoxdur.

Şirkətin kollektivi əmindir ki, AzRe göstərdiyi yüksək keyfiyyətli xidmət, maliyyə stabilliyi və həyata keçirdiyi sosial tədbirlər sayəsində yerli sığorta bazarının əsas təkrarsığorta tərədaşı olaraq qalacaq və ölkəmizin yerləşdiyi regionun mühüm təkrarsığortaçısına çevriləcəkdir.