Xəbərlər

AM Best “AzRe Təkrarsığorta” ASC-nin reytinqini təsdiq edib

21/10/2016

AM Best Reytinq Agentliyi “AzRe Təkrarsığorta” ASC-nin beynəlxalq reytinqini təsdiq olunub . Şirkətin maliyyə sabitliyi “B+”, kredit reytinqi isə “BBB-” səviyyəsində təsdiqlənib: http://www3.ambest.com/ambv/bestnews/presscontent.aspx?altsrc=9&refnum=24545 

“AzRe Təkrarsığorta” ASC özünün yüksək maliyyə göstəricilərini qoruyub saxlamaqla, təhlükəli riskləri nəzərə alan düşünülmüş siyasəti nəticəsində belə yüksək reytinq almağa nail olmuşdur. Reytinq dərəcəsi AM Best-in istifadə etdiyi və özündə müxtəlif meyarları ehtiva edən “Best's Credit Rating Methodology”-nin qaydalarına uyğun müəyyən olunmuşdur.

AM Best-in açıqlamasına görə “AzRe Təkrarsığorta” ASC-nin yüksək reytinqi onun yerli sığorta bazarında etibarlı təkrarsığortaçı nüfuzunu, yüksək kapitallaşma səviyyəsini, həmçinin, güclü və stabil maliyyə və anderrayting göstəricilərini əks etdirir.

“AzRe Təkrarsığorta” ASC-yə verilən bu reytinq dərəcəsi Azərbaycanın maliyyə bazarında ən yüksək reytinqlərdən biridir.  Reytinqin alınması şirkətin beynəlxalq bazarlardan daha keyfiyyətli riskləri qəbul etməsinə imkan verir.