Xəbərlər

“AzRe Təkrarsığorta” Koronavirusla Mübarizəyə Dəstək Fonduna böyük məbləğdə ianə köçürdü

21/3/2020


Azərbaycanın sığorta bazarında yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC dövlət başçısının çağırışına cavab vermişdir.

Şirkət cəmiyyətin maraqlarını üstün tutaraq və korporativ sosial məsuliyyətini anlayaraq koronavirusla mübarizə məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 000 000 (bir milyon) manat ianə köçürməklə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə öz töhvəsini vermişdir.