Şirkət haqqında

“AzRe Təkrarsığorta” ASC Azərbaycan sığorta bazarında birbaşa təkrarsığorta fəaliyyəti ilə məşğul olan yeganə şirkətdir.  Şirkət, adi əmlak risklərindən kompleks sənaye risklərinə qədər bütün riskləri təkrarsığorta edir. Bizim məqsədimiz, böyük və kompleks risklər də daxil olmaqla, müxtəlif növ risklərin idarə ounmasında yerli sığorta şirkətlərinə dəstək olmaqdır. 

“AzRe Təkrarsığorta” açıq səhmdar cəmiyyəti Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Sığorta (müstəsna olaraq təkrar sığorta) fəaliyyəti həyata keçirmək üçün verilmiş 000800 saylı Lisenziya əsasında fəaliyyət göstərir.

  • Oktyabr 2007 - "AzRe Təkrarsığorta" ASC Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmişdir.
  • Noyabr 2007 - "AzRe Təkrarsığorta" ASC Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təkrarsığorta fəaliyyəti aparmaq üçün lisenziya alır.
  • May 2008 - “Qala Həyat” Sığorta Şirkətini təsis edərək əsas səhmdarı olmuşdur.
  • Noyabr 2012 - “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, əvvəllər verilmiş lisenziyanın müddətinin başa çatması ilə əlaqədar “AzRe Təkrarsığorta” açıq səhmdar cəmiyyətinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi  təkrarsığorta fəaliyyətinə müddətsiz lisenziya verilmişdir.
  • Oktyabr 2014 -  AM Best Rating Agentliyi “AzRe”nin beynəlxalq reytinqini açıqlayıb. Şirkətin maliyyə sabitliyi “B+”, kredit reytinqi isə “BBB-” səviyyəsində təsdiqlənib.
  • Dekabr 2014 – Şirkət “Azər Türk Bank” ASC-nin səhmlərini alaraq Bankın səhmdarı olmuşdur
  • Sentyabr 2015 – AzRe “Çartis Azərbaycan” Sığorta Şirkətinin (AIG) səhmlərinin 100%-ni almış, daha sonra şirkətin adı “Qala Sığorta” ASC -ə dəyişdirilmişdir.
  • Sentyabr 2016 – Şirkətin Nizamnamə kapitalı 10 milyon manat artırılaraq 50 milyon manata çatdırılmışdır
  • Dekabr 2018 - AM Best Reytinq Agentliyi “AzRe Təkrarsığorta” ASC-nin beynəlxalq reytinq  səviyyələrini yenidən təsdiq edib.  Şirkətin maliyyə sabitliyi “B+”, kredit reytinqi isə “BBB-” səviyyəsində  müəyyən olunub.
AzRe Təkrarsığorta öz strategiyasına əsasən biznesin diversifikasiyası məqsədilə Qala Həyat və Qala Sığorta şirkətləri kimi birbaşa sığorta alətlərindən istifadə edir.

AzRe Təkrarsığorta Azərbaycanın yalnız təkrarsığorta fəaliyyəti ilə ixtisaslaşan yeganə şirkətidir. Biz sadə əmlak risklərindən kompleks sənaye risklərinə qədər müxtəlif növ riskləri həm fakultativ, məm də obliqator formada təkrarsığorta edə bilirik. Əsas məqsədimiz  geniş spektrli risklərə, o cümlədən ən böyük və kompleks risklərə sığorta təminatı verilməsində yerli sığorta sənayesinə dəstək göstərməkdir. 

Biz öz müştəri sığorta şirkətlərimiz və təkrarsığorta vasitəçilərinin strateji və gündəlik biznes ehtiyyaclarını dərindən öyrənmək üçün onlarla yaxından işləyərik və onların spesifik tələblərinə uyğun təkrarsığorta həlləri işləyib hazırlayırıq.


Eyni zamanda komandamız müştərilərimizin ehtiyaclarını təmin edəcək sürətli, peşəkar və effektiv şəkildə sığorta hadisələrinin tənzimlənməsi xidmətini təklif edir.
 
Gələcəyə baxış - Məqsədimiz yerli və regional sığorta şirkətlərinin əsas təkrarsığorta partnyoru olmaqdır.
 
Missiya - Biz müşətilərimizə yüksək səviyyəli müştəri xidməti və səhmdarlarımıza qənaətbəxş gəlir çatdırmağa çalışırıq.