A.M. Best: sabitliyi “B+” reytinqi

AMB# 093707: http://www3.ambest.com/ambv/bestnews/presscontent.aspx?AltSrc=14&refnum=21767 

“AzRe Təkrarsığorta” ASC özünün yüksək maliyyə göstəricilərini qoruyub saxlamaqla, təhlükəli riskləri nəzərə alan düşünülmüş siyasəti nəticəsində belə yüksək reytinq almağa nail olmuşdur. Reytinq dərəcəsi AM Best-in istifadə etdiyi və özündə müxtəlif meyarları ehtiva edən “Best's Credit Rating Methodology”-nin qaydalarına uyğun müəyyən olunmuşdur.

AM Best-in açıqlamasına görə “AzRe Təkrarsığorta” ASC-nin yüksək reytinqi onun yerli sığorta bazarında etibarlı təkrarsığortaçı nüfuzunu, yüksək kapitallaşma səviyyəsini, həmçinin, güclü və stabil maliyyə və anderrayting göstəricilərini əks etdirir.

“AzRe Təkrarsığorta” ASC-nə verilən bu reytinq dərəcəsi Azərbaycanın maliyyə bazarında, ümumiyyətlə ölkə iqtisadiyyatında ən yüksək reytinqdir. Reytinqin alınması şirkətin daha çox ölkələrdən və daha keyfiyyətli riskləri qəbul etməsinə imkan verəcək.