Müayinə

Fakultativ Təkrarsığorta


Hansı növ təkrarsığorta növünün təqdim olunması sedent şirkətin ehtiyaclarından asılıdır. Biz sizin riskin idarə edilməsi üzrə korporativ fəlsəfənizə uyğun müxtəlif növ təkrarsığorta məhsulları təqdim edirik. AzRe öz sedentlərinə mütanasib cə qeyri-mütənasib qaydada fakultativ və obliqator təkrarsığorta məhsulları təqdim edir. Fakultative təkrarsığorta hər bir riskin ayrılıqda qiymətləndirilməsinə əsasən onun təkrarsığorta olunmasını nəzərdə tutan təkrarsığortanın formasıdır. Beynəlxalq sığorta bazarında, fakultativ təkrarsığorta, əsasən, obliqator təkrarsığorta müqavilələri ilə əhatə oluna bilməyən, böyük həcmli risklərin təkrarsığortası üçün istifadə olunur. Lakin yerli sığorta bazarının xüsusiyyətlərini nəzərə almaqla, AzRe çox da böyük olmayan risklərin təkrarısğortasını fakultativ qaydada həyata keçirir. Biz aşağıdakı sığorta növləri üzrə fakultativ təkrarsığorta məhsullarını təqdim edirik:

Əmlak və iş fəaliyyətinin dayandırılması
Tikinti
Su nəqliyyatı
Yük
Ümumi kommersiya məsuliyyəti
Fərdi qəza
Maliyyə riskləri və s.

Sedent şirkətlər bizə birbaşa və ya təkrarsığorta vasitəçiləri vasitəsilə müraciət edə bilərlər. Sığorta brokerləri ilə yaxından əməkdaşlıq etməklə, biz bütün sığorta sinifləri üzrə müxtəlif təkrarsığorta proqramları hazırlayırıq.

Obliqator Təkrarsığorta


Hansı növ təkrarsığorta növünün təqdim olunması sedent şirkətin ehtiyaclarından asılıdır. Biz sizin riskin idarə edilməsi üzrə korporativ fəlsəfənizə uyğun müxtəlif növ təkrarsığorta məhsulları təqdim edirik. AzRe öz sedentlərinə mütanasib cə qeyri-mütənasib qaydada fakultativ və obliqator təkrarsığorta məhsulları təqdim edir. Obliqator təkrarsığorta - Təkrarsığorta müqaviləsi ilə müəyyən olunan şərtlərə cavab verən bütün risklərin təkrarsığorta olunmasını nəzərdə tutan təkrarsığortanın formasıdır və o, bir və ya bir neçə sığorta portfelinin təkrarsığortasını nəzərdə tutur.
AzRe Təkrarsığortanın obliqator təkrarsığorta müqaviləsi bağlamaqla siz aşağıdakı üstünlüklər əldə edə bilərsiniz:

Təkrarsığortaya verilən risklərin individual araşdırılmaması
Müvafiq sığorta növləri üzrə sığorta olunan risklərin avtomatik təkrarsığorta olunması
Sedentin risk tutumunun artması ilə əlaqədar böyük risklərin sığortalanması
Fakutativ təkrarsığortadan daha az məsrfəli olması
Bir müqavilə ilə bütün risklərin sığortalanması
AzRe Təkrarsığortanın riskinin sedent şirkətlə eyni vaxtda başlaması

AzRe Təkrarsığortanın Obliqator Sığorta Departamenti mütənasib və ya qeyri-mütənasib qaydada sedentlərin ehtiyyaclarını ödəyəcək “riskin ötürülməsi” həllini təqdim edir.
Sedent şirkətlər bizə birbaşa və ya təkrarsığorta vasitəçiləri vasitəsilə müraciət edə bilərlər. Sığorta brokerləri ilə yaxından əməkdaşlıq etməklə, biz bütün sığorta sinifləri üzrə müxtəlif təkrarsığorta proqramları hazırlayırıq.