
Rəhbərlik

1984-cü ildə anadan olmuşdur. 2005-ci ildə Bakı Dövlət Universitetinin İnzibati İdarəetmə fakültəsini fərqlənmə diplomu ilə, 2007-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini İqtisadiyyat və idarəetmə istiqamətinin maliyyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirirərək magistr dərəcəsi almışdır. 2014-2016-cı illərdə “Maastricht School of Management” və ADA Universitetinin Biznesin idarə edilməsi proqramı üzrə təhsil alaraq MBA (Master of Business Administration) magistr dərəcəsi almışdır.
Sığorta sahəsində əmək fəaliyyətinə 2005-ci ildə “Alfa Sığorta” ASC-də başlamış, Direktor müavini vəzifəsində çalışmışdır, 2007-ci ildən “AzRe Təkrarsığorta” ASC-nin İdarə Heyətinin sədr müavini işləmişdir. Səhmdarların qərarı ilə 03 yanvar 2019-cu il tarixindən "AzRe Təkrarsığorta" ASC-nin İdarə Heyətinin sədri təyin edilmişdir. Azərbaycan, inglilis və rus dillərini bilir.

1963-cü ildə anadan olmuşdur. Maliyyə sahəsində 1995-ci ildən etibarən işləyir. 2007-ci ildə AzRe Təkrarsığorta ASC-nin İdarə Heyətinin Üzvü seçilmişdir. Azərbaycan, Rus və İnglilis dillərini bilir.

1983-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2005-ci ildə Milli Aviasiya Akademiyasını “Avianəqliyyatın idarə olunması” ixtisası üzrə bitirmişdir. 2003 – 2004-cü illərdə Amerika Birləşmiş Ştatlarında “Missouri-Kansas City” Universitetində “Biznesin idarə olunması” ixtisası üzrə təhsil almışdır. 2014-2016-cı illərdə “Maastricht School of Management” və ADA Universitetinin Biznesin idarə edilməsi proqramı üzrə təhsil alaraq MBA (Master of Business Administration) magistr dərəcəsi almışdır. 2004-ci ildən anderraytinq və təkrarsığorta sahəsində işləyir. 2009-cu ildən etibarən “AzRe Təkrarsığorta” ASC-də Anderraytinq və təkrarsığorta departamentinin müdiri vəzifəsində, 03 yanvar 2019-cu il tarixindən İdarə Heyətinin üzvü vəzifəsində işləyir. Azərbaycan, rus, türk və ingilis dillərini bilir.

Tural əmək fəaliyyətini 2002-ci ildə sığorta sektorunda başlayıb. O 20 ildən artıq olan təcrübəyə malikdir. Fəaliyyətinin yarısı beynəlxalq təkrarsığorta sahəsində keçib.
Bundan əvvəl o, Marsh şirkətində Azərbaycan və Gürcüstan üzrə ölkə satış lideri, Turker-de Regional Direktor (Broker at Lloyd's) həmçinin Turker Capital Solutions bölməsinin idarə heyətinin üzvü olub.
Qərb Universitetinin “Biznesin idarə edilməsi” proqramı üzrə təhsil alıb, və Dövlət İqtisad Universitetini fərqlənmə ilə Maliyyə üzrə magistr dərəcəsi ilə bitirmişdir.
02 fevral 2023-cü ildən etibarən “AzRe Təkrarsığorta” ASC-də Xarici bazarlarla iş Departamentinin Direktoru, İdarə Heyətinin üzvü vəzifəsində işləyir. Azərbaycan, rus və ingilis dillərini bilir.

1974-cü ildə anadan olmuşdur. 1996-cı ildə BDU Tətbiqi riyaziyyat və kibernetika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2020-2022-cı illərdə Bakı Ali Neft Məktəbinin “Biznesin idarə edilməsi” proqramı üzrə təhsil alaraq MBA (Master of Business Administration) magistr dərəcəsi almışdır. 1996-2011-ci illərdə müxtəlif şirkətlərdə ("Shollar Bottling Company”, “Baku Steel Company”, “İktex” MMC) informasiya texnologiyaları, proqramlaşdırma, planlaşdırma, texniki və maliyyə analizi sahələri üzrə məsul vəzifələrdə çalışmışdır. Sığorta sahəsində əmək fəaliyyətinə 2011-ci ildən başlamışdır. 15.04.2015 tarixindən etibarən "Azre Təkrarsığorta" ASC-də "Məsul aktuari" vəzifəsində işləmişdir. 02 fevral 2023-cü ildən etibarən “AzRe Təkrarsığorta” ASC-də Risklərin idarə edilməsi və Əməliyyat Departamentinin Direktoru, İdarə Heyətinin üzvü vəzifəsində işləyir. Azərbaycan, rus və ingilis dillərini bilir.