
Bizim reytinq
A.M. Best tərəfindən “B+” (yaxşı) reytinqi
4 Dekabr 2020-ci il tarixində AM Best Reytinq Agentliyi “AzRe Təkrarsığorta” ASC-nin reytinqini yenidən təsdiq edib. Şirkətin maliyyə sabitliyi “B+“, kredit reytinqi isə “BBB-” səviyyəsində yenidən təsdiq olunub. Hər iki reytinq üzrə proqnoz “pozitiv”-dir.
ƏtraflıMaliyyə
Bizim Maliyyə və Statistik məlumatlarımız
01 yanvar 2019-cu il tarixinə AzRe-nin cəmi kapitalı 90,7 mln. manat təşkil edir. Cəmi aktivlərin məbləği isə 118,2 mln manat təşkil edir. Cəmiyyətin 2018-ci il üzrə xalis mənfəəti 25 mln. 64 min manat, təkrarsığorta haqları üzrə gəliri isə 54,4 mln.manat olmuşdur.
Ətraflı"AzRe Təkrarsığorta” sığorta (təkrarsığorta) sahəsində öz müştərilərinə innovativ məhsullar, keyfiyyətli xidmət və yüksək maliyyə stabilliyi təklif edən Azərbaycanın yeganə təkrarsığorta şirkətidir. “AzRe Təkrarsığorta” ASC bütün sığorta növləri üzrə, birbaşa və ya brokerlər vasitəsilə, mütənasib və qeyri-mütənasib qaydada, fakultativ və obliqator təkrarsığorta müqavilələri bağlamaqla risklərinizi mükəmməl şəkildə idarə edir. AzRe Təkrarsığortada müştərilərin bütün ehtiyyaclarını ödəyəcək təkrarsığorta məhsulları hazırlamağa malik olan yüksək texniki bilikli və peşəkar anderrayterlər fəaliyyət göstərir. Şirkətimiz barədə əlavə məlumatlar almaq üçün saytın digər bölmələrinə daxil olaraq bugünün bazar reallıqlarında AzRe-nin fərqləndirəndirici üstünlükləri ilə daha ətraflı tanış ola bilərsiniz.